Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ!
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ!Bu gün, 14:39 |
|
Bir neçə gündür ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov tərəfindən aldadılaraq külli miqdarda pulu ələ keçirilən iş adamı, əslən Saatlı rayonundan olan və Saatlı rayonu Şirinbəy kəndində qeydiyyat olmaqla, Bakı şəhəri Xətai prospekti "Armoni ressidense", Blok E, 6-cı mərtəbə, mənzil 606-da yaşayan Lətifov Alim Zirəli oğlu tərəfindən bu dəfə düşdüyü çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənablarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov cənablarına müraciət ünvanlanıb. "DİA-AZ" olaraq müraciəti olduğu kimi təqdim edirik: "Cənab nazir, Cənab sədr. Yazıb diqqətinizə çatdırıram ki, 20 ildir ki, baş podratçı olaraq tikinti işləri ilə məşğulam. 2023-cü ilin səhv etmirəmsə dekabr ayında Gəncə şəhərində tikintidən tanıdığım, satış üzrə menecer olan Solmaz Rzayeva mənimlə əlaqə saxlayaraq Nazim Tahirov adlı sahibkarın bina tikintisi ilə məşğul olduğunu və onun müəyyən çətinlikləri olduğundan onunla görüşməyimi məndən xahiş etdi. 2023-cü ilin dekabr ayının əvvəllərində mənim mobil telefonuma 055 200 60 57 nömrəsindən zəng gəldi. Zəng vuran şəxs özünü Nazim Tahirov kimi təqdim elədi və mənimlə bir işlə bağlı görüşmək istədiyini bildirdi. Qərara aldıq ki, Nazimlə onun Biləcəri qəsəbəsində yerləşən ofisində görüşək və elə də oldu. Mən Nazimin Ofisinə getdim. Orada Nazim Tahirovla tanış oldum. O, mənə bildirdi ki, Qaradağ rayonunda Lökbatan qəsəbəsində Xocasən yolunun şimal istiqamətində çoxmərtəbəli yaşayış binasının tikintisində bir Naxçıvanlı sahibkarla şərik olmaq istəyir və bunun üçün ona tikintinin aparılması üçün baş podratçı lazımdır. Tikintidə 40 faiz paya sahib olmaq üçün ona həmin tikintiyə 7 000 000 (yeddi milyon) manat vəsat cəlb etmək lazımdır. Layihənin ümumi dəyəri 40 000 000 (qırx milyon) manatdır və mən həmin layihədən 20 % gəlir əldə edəcəm. Nazim Tahirov mənə bildirdi ki, hazırda onun layihəyə qoymağa pulu yoxdur və o mənə dəyəri 7 000 000 (yeddi milyon) manat olan bir neçə mənzil və trubalarını sahəsi sataraq satışdan əldə olunan gəliri mənim tikintiyə cəlb etməyim üçün verəcək. Mən 2024-cü ilin əvvəllərində tikinti olan əraziyə getdim və ərazi ilə tanış oldum. Tikinti İşləri Servic + MTK-nın yeni bir layihəsi olaraq aparılmalı idi. Nazimin təklifi ilə İnvest AZM adlı şirkət mənə verildi və həmin şirkətlə Servic + MTK arasında 10.03.2024-cü il tarixində Baş Podrat müqaviləsi imzalandı. Nazim Tahirovun cəlb edəcəyi əmlakları qiymətləndirib satmaq vaxt tələb etdiyindən onun xahişi ilə mən özümdə olan 1 500 000 (bir milyon) beş yüz min manat məbləğində pul vəsaitini tikintiyə cəlb etdim. Layihənin ofisini tikdim və öz vəsaitim hesabına ora mebel və avadanlıqları aldım. Nazim Tahirov Nəsimi Bazarı yaxınlığında yeni tikilmiş binada 440 m2 sahəsi olan 01 ədəd yaşayış obyekti, sahəsi 160 m2 olan bir ədəd mənzil, Nəsimi bazarının yaxınlığında tikilmiş yeni binada 10 ədəd mənzil və Xəzər evlərində 2 ədəd mənzili sataraq tikintiyə cəlb edəcəyini dedi. Həmin daşınmaz əmlakları qiymətləndirəndə onların dəyərinin 3 200 000 (üç milyon iki yüz min) manat olması müəyyən olundu. Mən, Nazim Tahirova bunu bildirərək müraciət etdim ki, bu vəsait tikintinin davam etdirilməsi üçün bəs etməyəcək, Nazim Tahirov isə mənə bildirdi ki, tanış tikinti materialları satan şirkətlərdən nisyə malları tikintiyə cəlb edim, narahat olmayım, arxamda o durub, hamısının pulunu özü ödəyəcək. Mən də onun xahişi ilə bir çox müəssisələrdən Zirvə MTK, Qabil adlı fiziki şəxsdən, İnamstyle şirkətindən, Spark betonzavod, Himalay Betonzavod, Elçin adlı fiziki şəxsdən 4 000 000 (dörd milyon) manat dəyərində nisyə tikinti materiallarını yuxarıda qeyd olunan "Diamanti" layihəsinə cəlb etdim və artıq tikintiyə cəlb olunmuş məbləğ 7 000 000 (yeddi milyon) manatı keçdi. Bundan sonra Nazim Tahirov mənə dedi ki, şəriki ilə münasibətləri yaxşı deyil və mənə də məsləhət görür ki, həmin tikintidən uzaqlaşım. Həmin vaxtı mən Müşahidə etdim ki, Nazim Tahirov, onun şirkətə gətirdiyi baş Mühasib Gülər Nəsibəyova, həmçinin artıq Nazim Tahirovun komandasında aktiv iştirak edən İnvest AZM-in baş mühasibi Orxan Bağırov deyəsən qanunsuz işlərlə məşğuldurlar. Çünki Gülər və Nazim tez-tez tikintini həmin layihənin əsas benefisiarı-sahibi olan şərikin əlindən alacaqlarını deyirdilər. Mən Onların bu danışıqlarını eşitdikdən sonra mühasibim Orxan tərəfindən mənə imzalandırılan sənədləri yoxlamağa başladım və mənə məlum oldu ki, Orxan Bağırov mənim etibarımdan sui istifadə edərək mənə imzalatdığı sənədlərin arasında 29.04.2025-ci il tarixli razılaşma protokoluna qol çəkdirib və həmin protokoldan da görünür ki, guya Servic + MTK tərəfindən layihənin icrasında İNVEST AZM şirkətinə görülmüş işlərə görə 6 364 707 (altı milyon üç yüz altmış dörd min yeddi yüz) manat pul vəsaiti ödənişi olunub, ümumilikdə tikintiyə 13 364 707,96 manat pul vəsaiti cəlb olunub ki, guya bunun da 7 000 000 manatını Nazim Tahirov cəlb edib.Saxta akt əlavə olunur. Həmçinin sənəddə Nazim Tahirov özünü investor qismində qeyd etdirib. Mən həmin sənədin heç bir alt sənədinə əsaslanmadığını başa düşdüyümdən bu barədə tikinti rəhbərinə məlumat verdim. Mən Baş Podratçı olaraq Servic+MTK-nın tikinti işlərində gördüyüm işlərin müqabilində mənə 8 200 000 (səkkiz milyon iki yüz min) manat ödəniş edilməli idi. Bu səbəbdən də mən Servic+MTK-nın Diamanti Layihəsinin rəhbərinə müraciət etdim ki, mənə aid olan ödənişlər həyata keçirilsin.Rəhbərlik mənə bildirdi ki, Nazim Tahirov ona ödəmək adı ilə MTK-nın kassasından 452 000 manat nağd pul və 1914 m2 mənzil sahəsi (m2=1000 manatdan hesablanmaqla) götürüb ki, guya Alim Lətifova yəni mənə ödəyəcək. Həmçinin nisyə mallara olan borcu ödəmək üçün isə dəyəri 4 200 000 manat olan mənzil fondundan mənzillər veriləcək. Bundan bir neçə gün sonra mən mühasibatlığa yaxınlaşdıqda isə mənə məlum oldu ki, Nazim Tahirovun adamı kimi tanınan və onun "Diamanti" Layihəsinə cəlb etdiyi baş mühasib Gülər Nəsibəyova və Invest AZM-in mühasibi olan Bağırov Orxan Fərəməz oğlu tərəfindən İnvest AZM-ə köçürülməli olan məbləğ hissə-hissə kassadan götürülmüş və İnvest AZM-in kassasına mədaxil (aktlar əlavə olunur) olmamışdır. Nazim Tahirov komandasından olan baş mühasib Gülər Nəsibəyova, invest AZM-in mühasibi olan Orxan Bağırov, həmçinin Zərifə adlı kassaya məsul olan mühasib şirkətə aid olan və şirkətin bütün hesabatları və blankları olan 03 ədəd kompüter dəstini özbaşına götürərək şirkətdən çıxmışlar və qeyd olunan faktla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuşdur və hazırda orada araşdırma aparılır. Bundan sonra Gülər Nəsibəyova, Bağırov Orxan və Kassaya məsul olan Zərifə adlı mühasibin eyni zamanda Nazim Tahirovun qanunsuz əməllərini araşdırmaq məqsədi ilə "SERVİS+" MTK-da maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanışı həyata keçirilmiş və MTK-nın xəzinə və mühasibatlıq sənədlərində aparılan araşdırmalarda digər cinayət xarakterli faktlar da aşkarlanmışdır. Qeyd etməliyəm ki, borcların ödənilməsi məqsədi ilə ayrılmış mənzillər də Nazim Tahirov və onun əlaltıları olan Gülər və Orxan tərəfindən satılmışdır. Nazim Tahirovun adamları olan Gülər və Orxan (faktiki ər arvad münasibətlərindədirlər) tərəfindən Forma 2 sənədləri şişirdilmişdir ki, bu da guya Nazim Tahirovun tikintiyə pul cəlb etməsi görüntüsü yaratmaq məqsədi daşımışdır. Mən hər dəfə Nazim Tahirovdan pullarımın ödənilməsini tələb etdikdə o, Vergidə digər şirkəti olan "Gloriya" ilə bağlı problemi olduğunu və ora 4 000 000 (dörd milyon) manat vergi borcunu həll etmək lazım olduğunu, "Socar" şirkətində hansısa turbaları olduğunu və s deyirdi və müxtəlif bəhanələr gətirərək pulu ödəmirdi. Beləliklə də mənə qarşı Nazim Tahirov tərəfindən dələduzluq edilmiş və mən 40 000 000 (qırx milyon) manat dəyəri olan layihədən 20 faiz gəlir əldə etməli olduğum halda mənim 1 500 000 (bir milyon beş yüz min) manat pul vəsaitim ələ keçirilmiş və bundan əlavə 1 500 000 (bir milyon beş yüz min) manat da nisyə alınmış tikinti materiallarına görə borcum yaranmışdır. Mənim bu dediklərimi tikintidə çalışan mühəndislər və rəhbərlik də təsdiq edə bilər. Hörmətli cənab Nazir! Hörmətli Cənab Sədr! Hazırda olduqca çıxılmaz vəziyyətdəyəm. Nazim Tahirov və onun cinayətkar dəstəsinin üzvləri tərəfindən mənə qarşı edilmiş qanunsuzluqlar nəticəsində borc girdabında batıb qalmışam. Ailəm və yaxınlarım maddi çətinliklər içindədirlər. İntihar etmək dərəcəsinə çatmışam. Cənab nazir, cənab sədr! Bu gün Nazim Tahirov ölkənin kommersiya məhkəmələrini oyuncağa çevirib, istədiyi məhkəm qərarını əldə edərək dərhal Qaradağ rayon məhkəmə qərarlarının icrası idarəsində qüvvəyə mindirə bilir. Məhkəməni və icra idarəsini hörmətdən salan, Azərbaycan məhkəməsinin, ədliyyə-hüquq sisteminin nüfuzuna xələl gətirən bəzi hakim və bəzi məhkəmə icraçıları maləsəf, Nazim Tahirov kimi quldurun cinayət ortağına çevrilib. Mən sizdən bütün bunları nəzərə alaraq həm hakimlər, məhkəmə icraçıları barədə təcili ölçü götürülməsini, həm də qanunsuz məhkəmə qərarlarının icrasının durdurulmasını bir Azərbaycan vətəndaşı olaraq xahiş edirəm. Artıq intihar həddindəyəm və mənim çıxış yolum qalmayıb". Geri qayıt |