Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır

SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır


Dünən, 12:25
Cəlilabad rayonunun Əliqasımlı kəndində fermer Asim İmanova məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında kütləvi tələfatın baş verdiyi bildirilir. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Təsərrüfat sahibinin sözlərinə görə, heyvanların ağız və burun nahiyəsində yaralar yaranıb, dırnaqları şişib, daha sonra isə yemdən kəsilərək halsız vəziyyətdə tələf olublar. Fermer bildirir ki, indiyədək 4 baş heyvan ölüb, digər heyvanlarda da eyni əlamətlər müşahidə olunur.
Onun iddiasına görə, heyvanlara dabaq əleyhinə vaksin vurulsa da, nəticə verməyib. Fermer həmçinin bildirir ki, vəziyyətlə bağlı Cəlilabad Rayon Baytarlıq İdarəsinə dəfələrlə zəng etsə də, zənglərinə cavab verilmir.

Geri qayıt