Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər...

İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər...


Bu gün, 17:14

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə SOCAR işçilərini narahat edən bir faktı ictimailəşdirib. "DİA-AZ" olaraq NHMT sədrinin diqqətə çatdırdığı məsələni ictimailəşdirir və bütün maraqlı tərəfləri müzakirəyə dəvət edirik. Beləliklə, M.Qəhrəmanlı özünün sosial şəbəkə hesabında belə yazır:
"Optimallaşdırma, təşkilati sağlamlaşdırma, və s.yollarla kütləvi ixtisarlar aparan (əsasən aşağı kateqoriyalı işçiləri) SOCARAzəriqaz İB sahə üzrə müvafiq şəxs(qurum)!
İşçi bilmək istəyir ;-İdarəetmənin inkişafı dediyiniz budurmu? ?
Vaxtilə Azəriqaz İB-də cəmi bir Mühasibatlıq şöbəsi var idi. Nə qədər qəribə olsa da, əmək haqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü.
İndi isə maliyyə sahəsində aşağıdakı möhtəşəm struktur fəaliyyət göstərir:
• Maliyyə Planlaması və Təhlili Departamenti
• İqtisadiyyat və Uçot Departamenti
• Mühasibat Uçotu Şöbəsi
• Maliyyə Nəzarəti Şöbəsi
• Maliyyə Hesabatları Şöbəsi
• Əmək Haqqının İdarə Olunması Şöbəsi
• Büdcə və Planlama Şöbəsi
• Xəzinədarlıq Şöbəsi
Adlara baxanda adam düşünür ki, burada əmək haqqı yox, ölkə iqtisadiyyatının taleyi idarə olunur.
-Maliyyə Planlaması və Təhlili Departamenti planlayır,
- İqtisadiyyat və Uçot Departamenti hesablayır,
-Mühasibat Uçotu Şöbəsi uçota alır,
-Maliyyə Nəzarəti Şöbəsi nəzarət edir,
-Maliyyə Hesabatları Şöbəsi hesabat hazırlayır,
-Əmək Haqqının İdarə Olunması Şöbəsi əmək haqqını idarə edir, -Büdcə və Planlama Şöbəsi büdcəni planlayır, Xəzinədarlıq Şöbəsi isə xəzinəni idarə edir.
Bütün bunlardan sonra sadəcə bir sual qalır:
Maaşı kim verir?
Çünki bir vaxtlar bunu cəmi bir Mühasibatlıq şöbəsi bacarırdı.☝
Görünür, struktur böyüdükcə maaş da, departamentlər və şöbələr arasında elə bir marşruta düşüb ki, əməkdaşın kartına çatana qədər bir neçə mərhələdən, razılaşdırmadan, təhlildən, hesabatdan və nəzarətdən keçməli olur.
Nəticədə əvvəllər bir şöbənin 3 günə gördüyü işi indi iki departament və altı şöbə birlikdə həyata keçirir. İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər: maaşı ödəməkdən çox, maaşın niyə hələ ödənilmədiyini izah edə biləcək struktur yaratmaq..."
Məsələ diqqətimizdədir...

Geri qayıt