Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Şəmkir sakini ACINACAQLI DURUMDA

Şəmkir sakini ACINACAQLI DURUMDA


Bu gün, 06:31

Şəmkir rayonunun Qaracəmil kənd sakini Şəhriyar Paşayev kanalımıza müraciət edərək bildirir ki, bud sümüyündə qırıq var və başqa ciddi problemləri var.

"DİA-AZ"ın məlumatına görə, 2020-ci ildə ona pensiya təyin edilib, lakin 2026-cı il fevral ayında pensiyası dayandırılıb. Şikayətçi deyir, pensiyası dayandırıldıqdan sonra Şəmkir rayonunun baş həkimi Elçin həkimə yaxınlaşıb.

Vətəndaşın bildirdiyinə görə, həkim ona xəstəxanada yatmağı məsləhət görüb. Şəhriyar Paşayev iddia edir ki, bu vaxta qədər onu müalicə edən həkim və yaxud digərləri ona xəstəxanada yatmalı olduğunu bildirməyib.

Məlumat verilmədən pensiyasının kəsilməsi hazırda onu çətin vəziyyətə salıb, iş qabiliyyəti olmadığı üçün dərmanlarını ala bilmir, səhhəti hərgün pisləşir. O kanalımız vasitəsi ilə adiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırmalarını və ona kömək etmələrini xahiş edir...


Geri qayıt