Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər!
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər!Bu gün, 06:25 |
|
"Sabiq MTN şefi Eldar Mahmudovun xarici ölkələrdə külli miqdarda sərvətə malik olması ilə bağlı ölkə mediasında çoxlu sayda məlumat dərc olunub. Bu məqalələrdə Eldar Mahmudovun Almaniya, Fransa, Macarıstan, Çexiya və s. ölkələrdə çoxsaylı daşınmaz əmlaklara – restoranlara, klinikalara və s. malik olduğu konkret faktlarla öz əksini tapıb..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra deyilir: "Dövlətdən və xalqdan oğurladığı puları qoruyub saxlamaq üçün həmin vəsaiti xarici ölkələrə daşıyan, özünün gələcəyini doğma vətənlə deyil, Avropa ilə bağlayan Eldar Mahmudov bu ölkələrdəki sərvətini itirmək təhlükəsi ilə qaşılaşıb. Belə ki, Avropa dövlətlərində çirkli pullara qarşı mübarizə çərçivəsində başladılan yeni təftiş dalğası sabiq MTN şefinin Avropa ölkələrindəki sərvətini taleyini də sual altında qoyub. Aparılan təftişlr fonunda Almaniyada bir neçə klinikaya malik olan Eldar Mahmudov bu klinikalar üçün ödədiyi vəsaitin mənbəyini göstərə bilməyib. Daha doğrusu, sabiq nazirin gətirdiyi arqumentlər alman hökuməti tərəfindən qənaətbəxş hesab edilməyib. Bu səbəbdən də yaxın həftələrdə Almaniya hökumətinin bu kliniklara əl qoyacağı ehtimal edilir. Keçmiş nazirə məxsus bəzi restoranların da müsadirə olunacağı gözlənilir. Əgər bu baş verərsə, o zaman bu, Eldar Mahmudov üçün son illərin ən ağır zərbəsi olacaq. Xatırladaq ki, azərbaycanlı məmurların xarici ölkələrə daşıdığı vəsaitlərə Azərbaycan hökuməti tərəfindən əl qoyulması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələ ki, bu istiqamətdə heç bir əməli addım atılmış deyil. Ümid edirik ki, heç deyilsə bundan sonra əlaqədar qurumlar Azərbaycandan oğurlanan vəsaitlərin yenidən Azərbaycana qaytarılması istqamətində konkret addımlar atacaq, bu vəsaitlər Avropa dövlətlərinin büdcəsinə deyil, sahib olduğu yerə - Azərbaycan Respublikasının dövlətinin büdcəsinə axacaq..." Geri qayıt |