Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR!

Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR!


Bu gün, 12:08

Yaşayış binalarına edilən artırmalar, binaların altında bəzi obyektlərin fəaliyyəti qanunla qadağan edilsə də, Binəqədi rayonunda bu qadağaya əməl edən yoxdur.

Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, rayonun Səttar Bəhlulzadə küçəsində yaşayış binasının altına obyekt üçün əlavə artırma inşa edilir. Sakinlər bildirib ki, binaya bitişik artıq dəmir konstruksiyalar quraşdırılıb. Əlavə qapı açılıb və dəmir konstruksiyalı pilləkən də bərkidilib.
Yöndəmsiz və qanunsuz aparılan bu işlər bina sakinlərinin narazılığına səbəb olub. Sakinlər iddia edir ki, binaya edilən müdaxiləyə Binəqədi rayon İcra Hakimyyəti tərəfindən qeyri-rəsmi formada icazə verilib.

Sakinlərin sözlərinə görə, binanın altında olan obyektlərin hamısı əlavə artırmalar edib ki, bu da qanunla qadağandır. Belə artırmalar sakinləri həm də təhlükəsizliyə görə narahat edir:
“Bütün balkon və pəncərələrin qarşısından 2 metr yola tərəf artırmalar edilib. Bunu edənlər obyekt işlədənlərdir. Sabah binada yanğın baş versə, yanğın söndürən maşınlar yanğını söndürə, sakinləri binadan çıxara bilməyəcək. Çünki binanın hər tərəfi 2 metr qabağa çıxmış obyektlərlə əhatələnib”.

Sakinlər tezliklə bu özbaşınalığın qarşısının alınmasını tələb edir.


Geri qayıt