Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA22-04-2026, 16:03 |
|
İmişli rayon Qızılkənd kənd sakini, Yeni Azərbaycan Partiyasının İmişli təşkilatının üzvü, 44 günlük Şanlı Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi, 3 -cü qrup əlil Poladov Qismət Məhərrəm oğlu üzləşdiyi haqsızlıqla bağlı ölkə rəhbərliyinə müraciət edərək kömək istəyir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Mən 2019-cu ildən Kənd təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "P-Aqro" MMC-nin İmişli rayonunda yerləşən Pambıq zavodunda sahə aqranomu kimi işə başlamışam. 2020-ci ildə Cənab Ali-Baş Komandan İlham Əliyevin səfərbərlik sərəncamını eşidəndən sonra könüllü olaraq 44 günlük Şanlı Vətən müharibəmizə qatılmışam. Bir cox şəhər və rayonlarmızın işğaldan azad olunmasında şücaət göstərmişəm. Döyüş zamanı qulağımdan yaralanaraq Hospitala köçrülərək müalicə olunmuşam. Müharibənin 38-ci günündə hospitalda həkimə yaxınlaşaraq xahiş etmişəm ki, mən özümu sağlam hiss edirəm, məni göndərin silahdaşlarımın yanına. Amma çox təəssüf ki qulağımın eşitməməsinə görə bir daha Zəfər müharibəmizə qatıla bilmədim.
Geri qayıt |