Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”

Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”


Bu gün, 12:38

Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir və onun Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılmasına icazə verməsi sıradan bir hadisə kimi qəbul edilməməlidir

Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayı gözçarpacaq dərəcədə artmışdı. Belə ki, Nəsimi rayonunda qanunsuz tikililərin vüsət aldığı vaxt rayon icra başçısı vəzifəsinn boş qaldığı vaxtlara təsadüf edirdi.

Bununla bağlı cumhuriyyet.az portalı xatırladır ki, təxminə iki ilə yaxın bir zamanda Nəsimi rayonunda icra başçısı vəzifəsi boş qaldı. Bunun ardınca prezidentin təyin etdiyi icra başçısı isə sahaibkarlardan pul tələb etdiyinə görə cəmi bir ay vəzifəsində qala bildi.

Daha sonra bu il fevral ayının 9-da Prezidentin sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Tahir Budaqov ictimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxs, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir. Buna görə, düşünmək olardı ki, onun icra başçılığı dönəmində Nəsimi rayonunda qanunsuz tikintilərə son qoyulacaq. Amma təəssüf ki, bu ümidlər doğrulmur.

Tahir Budaqovun rəhbər olduğu rayonda nəinki qanunsuz tikinti marafonu start götürüb, hətta bunun üçün kütləvi ağac kəsiminə belə göz yumulur. Nəsimi rayonu, Moskva prospekti, 20 yanvar metrosundan Şamaxinka adlanan məkana gedən yolun sağında bir gecədə 20-dək ağac kəsilib. Bununla bağlı, ərazidə yaşayan sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, ağacların kəsildiyi yerdə obyekt tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Nəsimi icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı iddia olunur. Qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt