Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Naxçıvanda CƏLİLOVŞİNA

Naxçıvanda CƏLİLOVŞİNA


Bu gün, 07:56

Adı zamanında müxtəlif qalmaqallı işlərdə hallanan Ceyhun Cəlilov bir səlahiyyətli nümayəndə kimi Naxçıvan Muxtar Respublikasında mövqelərini rəsmən möhkəmlədəndən sonra özünü yetərincə əmin hiss etməyə başlayıb. Hər halda anlaşılanı budur.

"DİA-AZ" xəbər verir ki, son dönəmlərdə MR-da ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərin bir ələ cəmləşdiyi müşahidə olunur. Burada söhbət Şahhüseyn Cəlilov adlı şəxsin bu tenderlərin əksəriyyətində qalib elan edilməsindən gedir.

İddia olunur ki, son altı ayda Şahhüseyn Cəlilov cənabları ümumi dəyəri 3 milyon manata yaxın olan tenderlərin qalibi olub. Olsun. Burda normal olmayan isə odur ki, Şahhüseyn Cəlilov cənabları hörmətli Ceyhun Cəlilov cənablarının doğmaca əmisidir. Ona görə bizdə şübhə yarandı. Bizdən eybi yox, günlərin birində hüquq mühafizə orqanları belə bir şübhəyə düşməsinlər. İndi belə bir duaya ehtiyac var.

Doğrudur, Şahhüseyn Cəlilovun dib-dəhnədən biznesmen olduğu, hətta nə zamansa keçmiş spiker Rəsul Quliyevə ortaqlıq etdiyi də deyilir. Hər halda bu fakt olsa belə, Naxçıvanda büdcə pullarını biznesmen əmiyə ötürmə üçün şərt və əsas ola bilməz...



Geri qayıt