Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR

Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR


Bu gün, 06:35

Qusar şəhəri, Hacı Məhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, təqaüdçü Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən Azərbaycan Respublikasının Gömrük Komitəsinin vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Qusar rayonun Samur qəsəbəsi ərazisindən 2002-ci ildə 6280000 ( altı milyon iki yüz səksən min manat ) manat ödəməklə 0, 94 hektar, 12000000 ( on iki milyon manat ) öödəməklə 2 ( iki ) hektar, 36 milyon manat və özəlləşdirmə çekləri əsasında dövlətdən satın alınmış üzüm emalı məntəqəsini Torpaqların dövlət ehtiyacları üçün alınması barədə 20 aprel 2010-cu il tarixli 987-lllQ saylı Qanunun 3-cü maddəsinin tələbləri bilərəkdən kobudca pozulmaqla mülkiyyətimdə olan, o cümlədən Samur sərhəd buraxılış məntəqəsi ətrafında fəaliyyət göstərən 1 sahibkar ( mənimlə birlikdə) Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu, Aslanov Zaur Mirzə oğlu, Mehrəliyev Sultan Əmirəliyeviç, Talıbov Ramin Rodin oğlu, Əlipolatov Pənah Əhmədbəy oğlu, Məmmədova Nərminə Ələmməd qızı, Muradxanova Gülnarə Qaflanovna, Süleymanov Ənvər Qazıməhəmməd oğlu, Xəlilov Hikmət Nəsrəddin oğlu, Bağırov Əbülfət Abdulqəni oğlu, Səlimova Aytən Əliağa qızının mülkiyyətində olan torpaq sahələri və obyektləri heç bir dövlət ehtiyacı olmadan, Torpaqların dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikasının 20 aprel 2010-cu il tarixli 987-lllQ saylı Qanunun 3-cü maddəsinin tələbləri vəzifəli şəxslər tərəfindən bilərəkdən kobubca pozulmaqla, dövlət ehtiyacları pərdəsi altında alınması üçün qanunsuz hərəkətlər edilir. Bəzi sahibkarların obyektləri məhkəmə qərarı olmadan gecə vaxtlarında məhkəmənin qərarı olmadan qəsdən sökülməklə bütün əmlakı məhv edilmiş, hüquq-mühafizə organları cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət əməllərini asraşdıraraq hüquqi qiymət verməmişdir. Hal-hazırda rəsmi müraciətim əsasında Azərbaycan Respublikasının Baş prokurorluğunda, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Hörmətli cənab Prezident !
Sizdən artıq dərəcədə xahiş edirəm ki, vəzifə səlahiyyətlərindən sui istifadə edərək, Qusar rayonun Samur sərhəd buraxılış məntəqəsi ətrafında qanunvericilik tələblərinə riayət edilməklə sahibkarlıqla məşğul olan, dövlətə mütəmadi vergi ödəyən sahibkarların qanunla qorunan hüquqlarının qorunması və üzləşdiyimiz problemin ədalətli həlli məqsədilə aidiyyatı dövlət organlarına tapşırıq verəsiniz. Hesab edirəm ki, belə bir qanunsuz hərəkət Respublikamızın şimal regionunda, Rusiya Federasiyası ilə sərhəddə, sahibkarlara qarşı edilmiş qanunsuz bir cinayət tərkibli hərəkətdir və belə qanunsuz hərəkətlər həm Dövlət Təhlükəsizlik Xidməti, həm də, dövlət organları tərəfindən, Qusar rayonun Samur sərhəd buraxılış məntəqəsi ətrafında qanuni fəaliyyət göstərən sahibkarlara qarşı belə qanunsuz hərəkət edən vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməlidir.
Sizdən xahiş edirəm ki, problemimizin ədalətli həlli məqsədilə aidiyyatı dövlət organlarına ciddi tapşırıq verilməklə, icra edilməsinə nəzarət edəsiniz..."

Geri qayıt