Əsas Səhifə > Şou-biznes > "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır…

"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır…


Bu gün, 08:05

"Şəhid analarından istifadə edib özünü gözə soxanlar az deyil..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əgər bir ana öz şəhid övladının adından istifadə edib maddi maraq güdürsə, ona deyiləcək sözüm yoxdur, çünki nitqim quruyur. Şəhid analarına və qazilərə yaxşılıq edib sonra bunu reklam vasitəsinə çevirənlər də az deyil.
Bu müqəddəs adları ucuzlaşdırmayın, şəxsi maraqlarınıza və reklamınıza alət etməyin. Ölkənin gələcəyi naminə şəhid və qazi adının hörmətini, ucalığını qoruyun.
Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… Amma alınmır. Camaatı gic yerinə qoymayın da!
İndi də başlamısınız şəhid analarına şər-böhtan atmağa. İctimai fikir formalaşdırmaq olar, amma belə ucuz şəkildə yox.
Sosial şəbəkələrdə bəzilərinə göstəriş gələn kimi başlayırlar ya video çəkməyə, ya status yazmağa, ya da şərhlərdə 5–10 qəpiyə fikir formalaşdırmağa. Belələrinin nə sözü, nə də fikri maraqlıdır. Hamı hər şeyi görür, anlayır və bilir.
Etməyin. Yox, mütləq edəcəksinizsə, heç olmasa elə peşəkarlıqla edin ki, bu qədər açıq hiss olunmasın.
Düz danışanı da az qala daş-qalaq edib qovacaqsınız. Yəni ancaq yaltaqlıq, saxtalıq və ikiüzlülük hörmət görür?"

Geri qayıt