Əsas Səhifə > Şou-biznes > “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...”

“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...”


Bu gün, 10:32

“Səhhətimdə problem yaranıb. Evdən çıxa bilmirəm. Neçə illərdir təngənəfəsliyim var. Müalicə alıram, alıram düzəlmirəm. Dərmanlar qəbul edirəm. Səhhətimlə məşğulam deyə yaradıcılıqdan da uzaq düşmüşəm. Təkcə Memar Əcəmi haqda yarıbədii, yarısənədli bir film var, orada çəkilirəm. Xırda bir roldur. Bir gün çəkilmişəm, hələ bir neçə gün də çəkiləcəm. Rejissor çox çətinliklə gəlib məni aparır. İnsan cavan olanda xəstəlik, qocalıq o qədər də yadına düşmür. Düşünmür ki, nə vaxtsa qocalacaq”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vidadi Əliyev deyib.
O daha sonra gəlini, Əməkdar artist Dilarə Əliyevadan danışıb:
“Hansı kişinin qızı yoxdursa, o yetimdir. Mənim iki oğlum var idi, qızım yox idi. Dilarə mənə qız oldu, gəlin olmadı. Üzü ağ olsun. Nəvələrim də, nəticələrim də gəlib mənə baş çəkirlər. Hamısı da Dilarənin verdiyi tərbiyədən gəlir. Uşaqlar da, nəvələr də görür ki, o gəlib-gedir, ona görə onlar da məsuliyyət hiss edirlər. Dilarənin həm direktoru olmuşam, həm də rejissoru. Uşaqlar evdə gözlərini açıb görmüşdülər ki, ata aktyordur, ana da aktrisa. O məsuliyyəti dərk edirdilər. Dilarə də bizim ocağa düşəndən sonra həmin vəziyyəti gördü. O da bu ocaqda, bu atmosferdə “bişdi”. Özündə də məsuliyyət var idi. Universiteti bitirəndən sonra Mədəni Maarif texnikomunda səhnə danışığı müəllimi işlədi. Sonra mən, qaynanası Elmira xanım güc-bəla ilə Oqtayı razı saldıq ki, bu adamın yeri teatrdır. Elmira xanım güc-bəla ilə, hay-küylə Oqtayı razı saldı. Dilarənin teatrda çalışmasının səbəbkarı Elmira xanım oldu. Dilarənin İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaratdığı rollar qalareyası var”.

Geri qayıt