Əsas Səhifə > Şou-biznes > Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir

Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir


Bu gün, 08:25

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi aylıq pul verdiyi saytları məcbur edir ki, Mehriban Xanlarovanın əleyhinə yazı yazsın... Bu təcrübəni Nura Suri etiraz edəndə də gördük..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Elnurə Abuşova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mediada reklam bazarı tapşırıqladı, açıq olsa həmkarlarım bu müsibəti yaşamaz. Piar adıyla müqavilə bağlanır, yüz yerdən tapşırıq, xahişlə. Neyləsinlər, dolanmalıdırlar.
Pul verən tərəf də fürsətcillik edir piar əvəzinə sözün kobud mənasında trolluğa məcbur edir... təkcə bu nazirlik yox, əksəri bacarıqlı insanları gülünc gününə salır. Kaşki dostlar kənardan necə göründüklərini özləri də görə biləydi..."

Geri qayıt