Əsas Səhifə > Şou-biznes > “Həkimlər mənə 3-4 ay vaxt qoymuşdular, konsertimə gələn pərəstişkarlarım artıq nənədir”

“Həkimlər mənə 3-4 ay vaxt qoymuşdular, konsertimə gələn pərəstişkarlarım artıq nənədir”


Bu gün, 10:00

“Bu gün 74 yaşım tamam olur. Bəzən kənardan baxan insanlar deyir ki, Sərxan Sərxanda heç nə dəyişməyib. Amma yanılırlar, çox şey dəyişib. Bu yaşımda belə mən istər idmana, istər qidalanmağıma diqqət edirəm. Səhər saat 4-də oyanıram, kompleks idmanlar var ki, onları edirəm. Bu yaşda ancaq yüngül atletik hərəkətlər etmək olar. Hər səhər 40 dəqiqə idman edirəm, bir az qaçıram. Tez duranda o qədər iş görürəm ki.. Bir də görürəm ki, səhər saat 9-10 arasıdır, bütün işlərimi görüb bitirmişəm. Artıq başqa işlərlə məşğul olmağa boş zamanım qalır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış müğənni Sərxan Sərxan deyib.
O daha sonra əlavə edib:
“Əslində Bakıda deyildim, iyun ayının 11-də gəlmişəm. Bilirsiniz ki, iyunun 22-də Opera studiyasında konsert proqramım baş tutacaq. Mən hər il doğum günümdə konsert verirəm. Bu artıq ən-ənə halını alıb. Konsert proqramını özümə və pərəstişkarlarıma hədiyyə edirəm. Mənim pərəstişkarlarım var, indi artıq onlar nənə olublar (gülür). Bu xoş gündə mənim yanımda olurlar, təbrik edirlər. Doğum günümdə dostlarımın ətrafında olmağı sevirəm. Bir də gərək sən sənətdən başqa insan kimi də heç kimin xətrinə dəyməyəsən, paxıllıq etməyəsən, heç kimin pisliyinə danışmayasan. Mən bu əməllərdən uzaq olmuşam. Vallah xalqın gözü tərəzidir. Camaat hamısını görür və bilir. Daxilin təmiz olsa o cür də görünəcəksən”.
Sərxan Sərxan ötən il səhhətində yaşadığı problemlərdən də danışıb:
“Ötən ildən həyatımda böyük dəyişiklik oldu. Hesab edin ki, dünyaya yenidən gəlmişəm. Havanı ayrı cür hiss edirəm, suyu ayrı cür hiss edirəm. Daha səbirli və təmkinli olmuşam. Mənim üçün nəinki maddi, mənəvi olan nə varsa o əsasdır. Ruhi qida. Səhhətimdə narahatlıq yaşadım. Həkimlər 3-4 ay vaxt qoymuşdular.. Çox şükür Allaha ki, çətin günlər geridə qaldı”.

Geri qayıt