Əsas Səhifə > Şou-biznes > "Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?"

"Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir?"


Bu gün, 06:37

“Bəxt üzüyü-2” filmi çəkildiyi gündən elanı, anonsu gedəndə bildirildi ki, indi çəkilən filmin birinci “Bəxt üzüyü” filmi ilə heç bir əlaqəsi yoxdur. O ki, qaldı adına.. Xahiş edirəm afişada diqqətlə baxın.. Yazılıb ki, “Bəxt üzüyü-2” filmi “Vaqif Səmədoğlunun 70 illik yubileyinə həsr olunur”. Bunu başa düşmək, bilmək bu qədərmi çətindir?! İkincisi də bu nostalji bir layihədir. Orada çəkilən aktyorların çoxu artıq yoxdur, rəhmətə gedib. Bu bir növ aktyorları yada salan ekran işidir. Firəngiz Rəhimbəyova Amerikada, Los Ancelesdə yaşayırdı, amma azərbaycanlı idi. Azərbaycan estradasında özünü göstərmiş ulduz idi. Onu birinci filmdə də, ikinci filmdə də canlandırdılar. Sadəcə olaraq birinci filmdə olan sənətçilər ikinci filmdə də var idilər. Tahir və Cabir İmanov qardaşlarının ideyası idi ki, bu film məhz Vaqif Səmədoğlunun yubileyinə həsr olunsun. Burada nə var ki? İkincisi də hər dəfə deyirik ki, gənclərimizə dəstək olaq, kömək edək. Onlar da gəncdirlər, qocalmayıblar. Bu bir növ elə gənclərə dəstək idi. Cabirin çəkildiyi son film idi. Cabir xatirəsi var idi orada. Bir tərəf müqabili kimi Cabirin oyun tərzindən feyziyab oldum. Orada bir səhnəmiz var. Deyirəm ki, “bajın ölsün, ay qardaş”. Mənə deyir ki, “yeri get az”. Bu o qədər təbii deyilmiş sözdür ki.. Yaxşı, kömək oluruq da gənclərə.. Deyirsiz ki, adı dəyişdirilsin, adı bilmirəm nə olsun. Nə xəbərdir? Nə olub? Başa düşə bilmirəm?! Filmdir çəkilib, tamaşaçılar tərəfindən qəbul olunub. Birinci “Bəxt üzüyü” filmi ilə ikinci “Bəxt üzüyü-2” filmini heç bir ağıllı müzakirə etməməlidir. Çünki bu tamamilə başqa-başqa filmlərdir. Adı eynidir, bu da qeyd etdiyim kimi Vaqif Səmədoğlunun yubileyinə həsr olunub. Nə var ki, burada?! Heç görün deyirlərmi yeni filmlər niyə çəkilmir? Deyirlərmi Azərbaycan kinosunun axırı necə olacaq? Görün nəyin hayındadırlar! Ayıbdır vallah”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bildirib.
Qeyd edək ki, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova “Xəbərin olsun” verilişinə açıqlamasında “Bəxt üzüyü-2” filminin adının dəyişdirilməsini təklif edib. Valeh Kərimov isə bunu əsassız hesab edib. Nüşabə xanım cavabında filmin çəkilməsinə Afaq Bəşirqızı və Valeh Kərimovun ondan xahiş etdiyinə görə icazə verdiyini bildirib.

Geri qayıt