|
"Jurnalist dostlarımın təklifi ilə "Mikrorayon"a baxdım. Xoşuma gəldi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Azər Rəşidoğlu qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsmə Aslanın oyunu ləzzət elədi. “Mikrorayon”a baxdıqca istər-istəməz Yuri Bıkovun filmlərini və Aleksey Balabanovun "Груз 200" filmini xatırladım. Oxşarlıq tək süjetdə deyil, atmosferdədir. Boz postsovet həyətləri, sosial çıxılmazlıq, küçənin insan taleyinə təsiri və gələcəklə bağlı qeyri-müəyyənlik hissi. Bıkovun qəhrəmanları da adətən sistemin, yoxsulluğun və mənəvi böhranın təzyiqi altında seçim etməyə məcbur olan insanlardır. Onun filmlərində mühit təkcə fon deyil, hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilir. Xüsusilə "Дурак" və "Майор" filmlərində fərdin vicdanı ilə sistemin qəddarlığı arasındakı qarşıdurma kəskin şəkildə göstərilir. Ancaq “Mikrorayon”da hələ ümid, dostluq və seçim imkanları qalır. “Груз 200” isə daha qaranlıqdır- orada bütöv bir sistemin mənəvi iflası göstərilir. Buna baxmayaraq, hər üç əsər eyni sualı verir-insanı formalaşdıran onun özüdür, yoxsa yaşadığı mühit?"
Geri qayıt
|