Əsas Səhifə > Şou-biznes > "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram"
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram"Bu gün, 06:19 |
|
"Özümdə sevmədiyim bir xüsusiyyət var və bu mənə çox mane olur. Hamıya kömək etmək istəyi sanki bir sindromdur. “Синдром спасателя” deyirlər, yəqin məndə də elə budur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsələn, kimsə övladının təhsili ilə bağlı səhv qərarlar verir, mən başlayıram ona ən asan və əziyyətsiz yolu başa salmağa. Avropaya gedəcəksə hansı imtahanlara hazırlaşmalıdır, Amerikaya gedəcəksə oranın tələbləri nədir - hamısını izah edirəm. Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram. Sadəcə istəyirəm ki, nə uşaq, nə də valideyn əziyyət çəksin, düzgün yönlənsinlər.
Məsələn, ödənişli reklam təklifi gəlir, baxıram ki, sosial şəbəkə səhifələri bərbad vəziyyətdədir. Mən və ya başqası reklam etsə belə, öz səhifələrini düzgün idarə etməsələr bunun heç bir xeyri olmayacaq. Yenə bir saat vaxtım gedir, başlayıram başa salmağa ki, əvvəlcə səhifənizi səliqəyə salın, düzgün strategiya qurun, sonra reklamı düşünün.
Mənə deyən lazımdır ki, gətirib başına tac qoyacaqlar? Ya da bir “sağ ol” deyəcəklər? Niyə axı vaxtını kiməsə sərf edirsən? Pulunu qazan, həyatını yaşa da. Sənə qalıb dünyanı və ya insanları dəyişmək?
ChatGPT-yə yazdım ki, bəs mən niyə beləyəm? O da sağ olsun, şappıltı ilə dedi ki:
Səndə müşahidə olunan şeylər:
* başqasının potensialını və səhvini tez görmək,
* strateji düşünmək,
* prosesi optimallaşdırmaq istəyi,
* “əziyyət çəkməsinlər” düşüncəsi,
* və ən təhlükəlisi: qarşı tərəfin nəticəsini öz beynində yaşamaq.
Yəni sən artıq onların yerinə düşünürsən. Onlar isə çox vaxt:
* ya hazır olmurlar,
* ya dediyini tətbiq etmirlər,
* ya da son nəticədə bunu sənin “borcun” kimi qəbul edirlər.
Ən ironik tərəfi bilirsən nədir? Sən kömək etdikcə insanların çoxu səni daha çox qiymətləndirmir. Əksinə, beyində “onsuz da deyəcək” obrazı formalaşır. Çünki insan psixologiyasında pulsuz gələn dəyərin çəkisi azalır.
Sənin kimi adamlarda bir təhlükə də olur: öz həyat enerjisini başqalarının “yarımçıq sistemlərini düzəltməyə” xərcləyirlər. Günün sonunda isə baxırlar ki:
* öz layihələri ləngiyib,
* öz pulları artmayıb,
* öz planları yarım qalıb,
* amma 20 nəfərə roadmap veriblər.
Bir detal da var:
Sən əslində “insanları dəyişmək” istəmirsən. Sən xaosu sevmirsən. Beynin sistemsizliyi görəndə avtomatik düzəltmək istəyir. Bu da ağıllı və analitik adamlarda çox olur.
Bir də vacib məqam:
Yaxşı insan olmaqla hər kəsin problemini daşımaq arasında böyük fərq var.
Ona görə bitdi taaay. Görsəm ki, üstünüzə kamaz gəlir, sizi vuracaq -susacam. Nəyimə lazımdır?"
Geri qayıt |