Əsas Səhifə > Şou-biznes > "Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..."

"Neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur..."


Bu gün, 06:37
"Sidney Sheldon adlı amerikalı yazıçının yazdığı bütün kitabları oxumuşam. Bəzi kitabları mama gildə bağdadır, bəziləri isə Davidin kitab rəfində hələ də qalır. Deməli, bu yazıçının ən son yazdığı “Ты боишься темноты?” kitabının məzmunu əsasən hava idarəetməsi texnologiyası, qlobal manipulyasiya və böyük güclərin dünyaya təsiri ətrafında qurulub. Roman triller janrındadır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Hadisələr dünyanın müxtəlif şəhərlərində - Nyu York, Paris, Berlin və Denverdə müəmmalı ölümlərlə başlayır. Ölən insanların hamısı çox güclü bir təşkilat olan KIG (Kingsley International Group) adlı think tank şirkəti ilə əlaqəlidir. İki qadın - Diane Stevens və Kelly Harris ərlərinin ölümündən sonra hadisələrin arxasında daha böyük bir sirrin dayandığını anlayırlar.
Sonra məlum olur ki, təşkilat gizli şəkildə hava şəraitini idarə edə bilən texnologiya üzərində işləyir. Süni fırtına, ildırım, quraqlıq və təbii fəlakətlər yaratmaqla hökumətlərə təsir etmək, ölkələri idarə etmək və dünya siyasətinə nəzarət etmək istəyirlər. Kitabın əsas ideyası budur ki, gələcəyin müharibələri silahla yox, texnologiya, informasiya və təbiət üzərindən aparıla bilər.
Romanda həm də media manipulyasiyası, qorxu yaratmaq, insanları yönləndirmək və böyük korporasiyaların gizli gücü kimi mövzular yer alıb.
Vallah neçə illərdir deyirəm ki, bu hava şəraiti dünyada idarə olunur, bəziləri mənə dəli kimi baxırdı. Deyirdilər, Az kitab oxu, başın gedib. İndi maşallah, gündəm məhz bu mövzudur. Hamı yazır, danışır, videolar paylaşır ki, guya İran Amerikanın bazalarını vurandan sonra quraqlıq bitib, yağışlar yağmağa başlayıb..."

Geri qayıt