Əsas Səhifə > Şou-biznes > “Atamın ürəyinə stent qoyuldu”

“Atamın ürəyinə stent qoyuldu”


Bu gün, 10:07

Ötən gün xəstəxanaya yerləşdirilən müğənni Akif İslamzadənin ürəyinə stent qoyulub.

Bu barədə “Qafqazinfo”ya onun oğlu Ayxan İslamzadə məlumat verib.

O bildirib ki, hazırda atası Mərkəzi Gömrük Hospitalında müalicə alır: “Daha öncə belə bir hal yaşanmamışdı. İlk dəfə idi ki, infarkt keçirirdi. Dünən xəstəxanaya yerləşdirdik, axşam isə ürəyinə stent qoyuldu. İndi də həkimi gözləyirik ki, gəlib vəziyyəti ilə bağlı məlumat versin”.

Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var. O, Sara Qədimova və Qədir İslamzadənin övladıdır. 120-dən çox mahnının ifaçısı olan müğənni 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.


Geri qayıt