Əsas Səhifə > Şou-biznes > “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı?

“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı?


Bu gün, 10:12

Xəbər verdiyimiz kimi, “Space” televiziyasının baş direktoru vəzifəsinə təyinat baş tutub.

İndi əsas sual kanalın yeni rəhbəri Ayaz Mustafayevin Vado Karovinin “Space”də qalan əsabələrini orada saxlayıb-saxlamamasıdır.

Qeyd edək ki, keçmiş baş direktorun qızı Zemfira Karovina və kürəkəni Nəriman Əbdüləliyev “Space”də çalışır.

Kollektivdə ayrı-seçkilik və qalmaqallar da bu iki şəxsin iradəsinə əsasən baş verib.

Vado Karovinin “vurulmasına” səbəb isə korrupsiyanın olduğu iddia edilir.

Ona görə də yeni rəhbərin bu şəxsləri orada saxlaması inandırıcı görünmür.

Qeyd edək ki, uzun illər bu kanalda çalışan peşəkar televiziya işçiləri də məhz Nəriman Əbdüləliyevin hərəkətlərinə etiraz olaraq oradan kənarlaşıb.

Nəticədə isə “Space” baxımsız kanala çevrilib.

Gununsesi.info


Geri qayıt